“Bu gün saat 8:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az saytının sorğusuna cavab olaraq verilən məlumatda bildirilir.
Qeyd olunur ki, hospitalizasiya olunanlardan 18-i kişi, ikisi qadındır. Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. İki nəfərə isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.