Şəfəqə Doğru » Gündəm » Binədə silahlı şəxs saxlanılıb

Binədə silahlı şəxs saxlanılıb

Binədə silahlı şəxs  saxlanılıb

Binə qəsəbəsində  üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən Lent.az saytına verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün tutulub.

Onun üzərindən  1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.