Ağdamda mina partlayıb.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin mətbuat xidmətlərindən Lent.az saytına daxil olan birgə məlumata görə, 2024-cü il aprelin 12-də Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
59 yaşlı Bağırov Mirfəttah Bağır oğlu və 51 yaşlı Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıb.