Şəfəqə Doğru » Gündəm » Bakı Fransız Liseyinin fəaliyyətini dayandırması haqda xəbərlər yayılıb

Bakı Fransız Liseyinin fəaliyyətini dayandırması haqda xəbərlər yayılıb

Bakı Fransız Liseyinin  fəaliyyətini dayandırması haqda  xəbərlər  yayılıb

Bakıda fəaliyyət göstərən Fransız liseyinin bağlanacağı barədə xəbərlər yayılıb.
 

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, sözügedən liseydə təhsil alan şagirdlərin valideylərinə məlumat verilib.

Məlumatı dəqiqləşdirmək üçün liseylə əlaqə saxlasaq da, bu barədə dərhal açıqlama verilməyib.
Qeyd edək ki, Bakı Fransız Liseyi 2014-cü ildə Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların həmçinin Azərbaycan vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.
Liseyin bağlanmasının Fransa və Azərbaycan arasındakı münasibətlərdə son dövrlər yaşanan gərginliklə əlaqəli olduğu bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl Fransa Azərbaycankı səfirini məsləhətləşmələr üçün geri çağırıb (modern.az).