İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri Aharon Haliva istefa verib.
TASS-a istinadən xəbərdə bildirilir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hərbi kəşfiyyat idarəsinin rəisi general-mayor Aharon Haliva Baş qərargah rəisi ilə razılaşaraq, 2023-cü ilin 7 oktyabr hadisələrinə görə məsuliyyət daşıdığına üçün istefa verib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, İsrailin müdafiə naziri Yoav Qalant onun istefasını qəbul edib. A.Haliva onu əvəzləyəcək şəxs təyin edildikdən sonra fəaliyyətini dayandıracaq.