Prezident İlham Əliyev Allahverən İsmayılovla bağlı Sərəncam imzalayıb.
“Qafqazinfo”-nun xəbərinə görə, Sərəncamla Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Allahverən İbiş oğlu İsmayılov 3 cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.