Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.
“Sputnik Qazaxıstan”a istinadən yayılan xəbərdə bildirilir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Sabiq nazir ötən gün 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıb.
E. Turqumbayev “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui- istifadə” maddəsi üzrə ittiham olunur.
“Cinayət işində dövlət sirri təşkil edən məlumatlar var, ibtidai istintaqın digər detalları açıqlanmır”, - Baş Prokurorluqdan bildirilib.