Şəfəqə Doğru » Gündəm » Gəncə Dövlət Universitetində aparılan yoxlamaların səbəbi açıqlanıb

Gəncə Dövlət Universitetində aparılan yoxlamaların səbəbi açıqlanıb

Gəncə Dövlət Universitetində aparılan yoxlamaların səbəbi  açıqlanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında 2024-cü il üçün Gəncə Dövlət Universitetinin akkreditasiyası həyata keçirilir.

 

Bu barədə Modern.az saytının  sorğusuna cavab olaraq universitetin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir:

 

"Akkreditasiya prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılır. Qəbul olunmuş dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən  universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparılır.

 

GDU qarşıdakı 5 il müddətində ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında fəaliyyətini davam etdirməyi və mövcud fəaliyyətləri daha da təkmilləşdirməyi planlaşdırır.

 

Yekun  mərhələdə universitetin növbəti 5 il ərzində fəaliyyət göstərməsinə əsas verən Şəhadətnamə verilməsi üçün  ARTEN-nin “Akkreditasiya Şurası” qarşısında  komissiya tərəfindən vəsatət qaldırılması gözlənilir".