"Hakimiyyət anlayışı şişirdilmiş anlayışdır. Mən bilmirəm, hansı sözdən istifadə edək ki, onları səciyyələndirə bilək. Bütün bu illərdə soyğunçuluqdan başqa heç nə olmayıb. Soyğunçuluq, ailələrin dağılması, dövlət institutlarının laxladılması. İndi Ermənistana kömək edə bilən adamlar da artıq orda deyillər, ölkəni isə ticarət mərkəzlərinin direktorları idarə edir”. Shafaqadogru.com azadliq.org-a istinadən xəbər verir ki, bunu insan haqları müdafiəçisi Arbak Khachatrian 1-ci erməni informasiya kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, "hökumətin başçısını dəyişməklə, ölkə dəyişə bilərmi?- demək çətindir. Hazırda Ermənistanda bütün siyasi meydan bir nəfərin əlindədir. Hansı dəyişiklikdən danışmaq olar?”. O, daha sonra deyib: "Ermənistanda müxalifət qalmayıb. Xalq nəyisə dəyişmək üçün başını qaldıranda yaxınlıqda birinci prezidentin oyunu getdi. Adamlar başlarını qaldırdılar, onları isə sındırdılar və məyus etdilər” Khacahatrian deyir ki, "bu gün Ermənistanda insan yerli məmurla mübarizə apara bilmir. Məcbur olub, köçüb-gedir. Bir neçə qəpik qazanmaq, ailəsini dolandırmaq üçün. Bu daha pis soyqırımdır. 1915-ci ildə adamlar yadlardan qaçırdı, indi ölkədəki soyğunçuluqdan qaçır. Bu, insanlara çox baha başa gəlir, onlar başa düşəndə ki, onların düşməni dövlətdir”. Moskvada yaşayan Khachatrian Qarabağ məsələsində Rusiyanın mövqeyinin dəyişməsi barədə isə deyir: "Sizcə, hazırda Qarabağ məsələsində Rusiya üçün ermənipərəst mövqe vacibdir yoxsa Türkiyə ilə yaxınlaşma? Təbii ki, Qarabağ məsələsində Rusiya tərəfdən güzəştlər olacaq”. "Baş nazir özündən başlamalıdır”. Bunu isə təhsil eksperti Anait Bakhshian deyib. "Aravot” qəzeti yazır ki, keçən həftə baş nazir Karen Karapetian təhsil və elm sahəsinə başçılıq edənlərə göstəriş verdi ki, təhsil müəssisələrində qohumluq əlaqələrinə son qoyulsun. Bakhshian isə deyir ki, bu əmri verən baş nazirin öz kürəkəni nazir müavinidir. Qohumluq əlaqələrinin hər yerdə olduğunu deyən Bakhshianın sözlərinə görə, "hər bir məktəb direktoru məsələn, deyə bilər ki, "niyə parlament sədri öz qohumlarını işə götürə bilər, məktəb direktoru yox?”. Ekspertin fikrincə, "təhsildə kadr siyasətinin səhv olmasını baş nazir anlayır. Uzun müddət stajı olan pedaqoqlar var, ancaq qubernatorun razılığı olmadan heç vaxt məktəb direktoru ola bilməzdilər. Bizim məktəb direktorları sözəbaxan oyuncaqdırlar. Onlara yuxarıdan xeyir-dua verilməsəydi, bu kürsüdə otura bilməzdilər”.