Şəfəqə Doğru » Gündəm » Saxlanılan icra başçısı vəzifəsindən azad olundu - Sərəncam

Saxlanılan icra başçısı vəzifəsindən azad olundu - Sərəncam

Saxlanılan icra başçısı vəzifəsindən azad olundu - Sərəncam

İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Rzayev 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb.