Bu gün saat 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində qətl törədilib.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verib ki, 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Məlumata görə, S.İsrafilovla R.Tahirova qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmışlar.