Şəfəqə Doğru » Gündəm » Çinin kosmik gəmisi Ayın əks tərəfinə enib

Çinin kosmik gəmisi Ayın əks tərəfinə enib

Çinin kosmik gəmisi Ayın əks tərəfinə enib

Çinin "Çane-6" kosmik gəmisinin eniş modulu Ayın əks tərəfində təyin olunmuş Cənub Qütbü-Eytken bölgəsinə uğurla enib.

Bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.

Məlumata görə, cihaz Ay nümunələri toplamaq üçün nəzərdə tutulub.

"Queqiao-2" retranslyator peykinin dəstəyi ilə "Çane-6" eniş aparatı Cənub Qütbü-Eytken hövzəsində təyin olunmuş yerə uğurla eniş edib", - məlumatda deyilib.

Xatırladaq ki, mayın 3-də Çin Haynan adasının şərq sahilindəki "Vençan" kosmodromundan CZ-5 Y8 daşıyıcı raketindən istifadə edərək "Çane-6"nı kosmosa çıxarıb.

Missiyanın 53 gün davam edəcəyi gözlənilir.