Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Marşrutların təhkim edilməsində şəffaflığın təmin olunması məqsədilə Bakı – Mingəçevir – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq, Mingəçevirə səfərlər artıq “Neoplan” markalı avtobuslarla həyata keçirilir.
Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 08:00 və 11:00-da, Mingəçevir Avtovağzalından isə 14:00 və 17:00-da yola düşür.