Banqladeşin paytaxtındakı hökumət rəsmiləri iş yerlərini təlaş içində tərk etməyə başlayıblar.
“Qafqazinfo” “New Age” portalına istinadən xəbər verib ki, nazirliklərin əməkdaşları Dəkkədəki “Bangladesh Sachibalaya” hökumət məhəlləsindən tələsik qaçırlar.
Nəşrin məlumatına görə, bu, paytaxtdakı rəsmi binaların talan ediləcəyi və yandırılacağı barədə şayiələrin yayılmasından sonra başlayıb. İşçilər təhlükəsizliklərinə görə narahatdır.
Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.