Türkiyə Daxili İşlər Nazirliyi ölkəyə daxil olan hər kəs üçün barmaq izi sisteminin tətbiqi ilə bağlı layihə hazırlayıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
O qeyd edib ki, oxşar təcrübələr artıq ABŞ və Böyük Britaniyada da tətbiq edilib.
Ali Yerlikaya əlavə edib ki, Türkiyədən müvəqqəti qoruma statusu alanların, xüsusilə də suriyalıların şəxsiyyət vəsiqələrinə çip yerləşdiriləcək.