Şəfəqə Doğru » Gündəm » Qazaxda və Daş Salahlıda yol qəza hadisəsi baş verib

Qazaxda və Daş Salahlıda yol qəza hadisəsi baş verib

Qazaxda və Daş Salahlıda yol qəza  hadisəsi baş verib
Qazax rayonunda iki yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəzalardan biri Daş Salahlı kəndində baş verib. Şahidlərin bildirdiyinə görə VAZ 2107 markalı avtomobil yolu keçən piyadanı  vurub. Müxtəlif xəsarətlər alan 1979-cu il təvəllüdlü Rauf Binnətov xəstəxanaya çatdırılıb.Vəziyyəti ağır  stabil olaraq  qiymətləndirilir. Hadisəni  törədən şəxs, piyadanı yaralı halda qoyaraq  hadisə yerindən qaçmış olsa da, polis  əməkdaşlarının gecə  boyu  axtarış əməliyyatlarının nəticəsində  o, şəxsiyyəti müəyyən edilərək, saxlanılıb. 
Digər yol-nəqliyyat hadisəsi isə Qazax şəhərində, bazarın yaxınlığında qeydə alınıb. Avtomobilin maneəyə çırpılması nəticəsində 3 nəfər - 2002-ci il təvəllüdlü İslam Quliyev, 2001-ci il təvəllüdlü Məmməd Məmmədəliyev, 2008-ci il təvəllüdlü Sahib Quliyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.