Şəfəqə Doğru » Gündəm » Özünü güllələyən Qəbələ sakininin qolu amputasiya edilib

Özünü güllələyən Qəbələ sakininin qolu amputasiya edilib

Özünü güllələyən  Qəbələ  sakininin qolu amputasiya  edilib

Qəbələ rayonunda 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

APA xəbər yayıb ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.