Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Bu barədə AQTA-dan məlumat yayılıb.
Bildirilib ki, 2024-cü il 18-25 oktyabr tarixlərində agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron və Lənkəran rayonlarında fəaliyyət göstərən 51 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.