Tanınmış iqtisadçı ekspert Əyyub Kərimliyə yeni vəzifə verilib.
Modern.az-ın məlumatına görə, o, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxus “Albalılıq Avtoparkı” MMC-yə direktor təyin edilib.
İndiyədək MMC-yə İlqar İbrahimov rəhbərlik edirdi.
Qeyd edək ki, “Albalılıq Avtoparkı” 1999-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 17 216 manatdır, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı stansiyasıdır.
Əyyub Kərimli 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Ekspert, həmçinin İqtisadi və Sosial Araşdırmalar Yardım İB-nin sədridir.