Şəfəqə Doğru » Gündəm » “Lamiyə, gəl göz bağlama oynayaq, sən gözünü yum” - Gədəbəydə 7 yaşlı qızın zorlanma təfərrüatları

“Lamiyə, gəl göz bağlama oynayaq, sən gözünü yum” - Gədəbəydə 7 yaşlı qızın zorlanma təfərrüatları

“Lamiyə, gəl göz bağlama oynayaq, sən gözünü yum” - Gədəbəydə 7 yaşlı qızın zorlanma təfərrüatları
Zorlamada təqsirli bilinən Bakı şəhəri Ələt qəsəbəsində anadan olmuş 1975-ci il təvəllüdlü Mehan Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Shafaqadogru.com  teleqraf.com-a istinadla xəbər verir ki, Mehman Nəsirov Lökbatan qəsəbəsində yaşayıb. O, bir neçə il əvvəl Gədəbəy rayonunun Çanaqçı kəndində yaşayan Sadif Əliyarovun (ad və soyad şərti verilib) qızı ilə ailə həyatı qurub. 

Mehman Nəsirov 2015-ci ilin mayn 22-də qayınatasının evinə qonaq gedib. O, həmin gün saat 16 radələrində qayınatasının həyətində olan zaman qonşuluqda yaşayan, 2009-cu ildə anadan olmuş Lamiyə Quliyevanı (ad və soyad şərti verilib) görüb. 

O, həmin vaxt Lamiyə Quliyevaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb. O, azyaşlı qızı aldataraq qayınatasının evinin zirzəmisinə aparıb. 

Mehman Nəsirov azyaşlı qızı zirzəmiyə salıb və daha sonra qapını örtüb. O, əlini Lamiyənin bədəninə gəzdirməklə, "Lamiyə, gəl göz bağlama oynayaq, sən gözünü yum” deyib. 

Bu zaman ayaq üstə olan Lamiyə gözlərini yumsa da, az sonra gözlərini açıb. Həmin vaxt Mehman Nəsirov əynində olan şalvarını çıxarıb və qıza əxlaqsız təkliflər edib. 

Lakin azyaşlı qız Mehman Nəsirovun bu əxlaqsız təkliflərindən imtina edib. Bundan sonra Mehman qızla "oral” cinsi əlaqədə olmasını istəyib.

Lamiyə Mehmanın "oral” cinsi əlaqədə olmaq istəyinə də rədd cavabı verib. Bu zaman o, Lamiyəyə gözlərini ağardıb və acıqlanmaqla onu qorxudib. 

Daha sonra Mehman Nəsirov zorla Lamiyə ilə "oral” cinsi əlaqədə olmağa başlayıb. Bu zaman Lamiyə ona "boğuluram, qusmağım gəlir, burax məni, evimizə gedim” desə də, o qıza əhəmiyyət verməyib. Qız zorla oradan getmək istəməsinin qarşısın alıb və ona qarşı bir neçə dəfə əxalqsız hərəkətlər edib. 

Bundan başqa, Mehman Nəsirov Lamiyə ilə növbəti dəfə iyunun 1-də cinsi əlaqədə olub. Lamiyə həmin gün saat 12 radələrində Mehmanın qayınatasının evinin həyatindən uşaq arabasını aparmağa gəlib.

Bu zaman Mehman Nəsirov qızı görüb və yenidən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətinə düşüb. O, bu məqsədilə qızı evin ikinci mərtəbəsində yerləşən dəhlizə gətirib. 

Burada Mehman Nəsirov qızı stulun üstündə oturmaqla onu arxadan qucaqlayıb və ona qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb. 

Daha sonra Mehman Nəsirov qızla cinsi əlaqədə olub. Bu zaman qan içində olan qız ağlaya-ağlaya evlərinə gedib. Lamiyənin bu vəziyyətdə görən valideynləri şoka düşüb. Lamiyə baş verənləri valideynlərinə deyib. Onun valideynləri olayla bağlı polisə müraciət ediblər. Müraciət əsasında Mehman Nəsirov həbs edilib. 

Mehman Nəsirov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Nəsirov 9 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.