Tanınmış vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti dayandırılıb.
“Unikal”ın məlumatına görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə C. Yusifovun fəaliyyəti 1 il müddətində dayandırılıb.
Buna səbəb kimi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə proseslərinin birində hakim Samir Əliyevə qarşı hörmətsizlik etməsi, vəkillərin etik davranış qaydalarına zidd olaraq intizamsızlıq nümayiş etdirməsi olub.