"Rəsmilər" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki qonağı Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja olub.
Nazir iki ölkə arasında iqtisadi əlaqələrin perspektivlərindən, xüsusilə enerji tərəfdaşlığı üzrə gələcək inkişaf imkanlarından bəhs edib.
Rumıniyanın COP29-un nəticələrini milli enerji siyasətinə necə inteqrasiya edəcəkləri ilə bağlı danışan Sebastyan-İoan Burduja eyni zamanda ölkəsinin enerji bazarında SOCAR-ın gələcək rolunu qiymətləndirib.
O, həmçinin Rumıniyanın enerji keçidi üzrə beynəlxalq dialoqdan gözləntilərindən danışıb.