(məqalə kriteri.az saytına istinadən yayımlanır)
Hörmətli oxucular, taleyin səhvi ilə LDU-da rektor olan Natiq İbrahimov idarəçilikdəki yarıtmaz əməli fəaliyyəti ilə elə ilk gündən özünü göstərməyə başladı. Düzdür, əvvəlcə səbr etdim, düşündüm bəlkə zamanla necə bir rəhbər olduğunu anlayıb səhvlərindən nəticə çıxarıb özünə gələ və normal fəaliyyətə başlaya, amma görünən o oldu ki, Natiq İbrahimov etdiyi intəhasız səhvlərin girdabında burulğana düşərək öləziməkdə davam edir. Belə olan təqdirdə bir ziyalı olaraq sizi zamanla məlumatlandırmağa çalışacağam. Nəzərinizə çatdırım ki, Natiq İbrahimov LDU-ya rektor təyin oldunduğu gündən yerli, gənc kadrları sıxışdırıb ordakı işindən uzaqlaşdırsa da, nədənsə vəzifəyə təyin olunduğu ilk gündən o zaman Lənkəran Şəhər İcra Hakimiyyətində icra başçısının 1-ci müavini olan Möhübbət Babayeyin ailəsinin 2 üzvünü – gəlinlərini işlə təmin edərək, zamanla onları vəzifə ilə – o zaman elmi dərəcəsi olmayan 1 gəlini LDU-da Elm şöbəsinin müdiri, digərini isə Beynəlxalq əlaqələr şöbəsinə müdir vəzifəsinə təyin etməklə mükafatlandırmışdır. Daha sonra bu ilin fevral ayında yaşı ilə əlaqədar dövlət qulluqçusu kimi yüksək məbləğdə təqaüdə göndərilən Möhübbət Babayevin (SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN: » Tərəf - XOCANIN BLOGU (teref.az)) özünü dərhal LDU-nun Mülki Müdafiə qərargahının rəisi təyin etdi. Bu barədə 14 apreldə kriteri.az saytında və rəsmi facebook səhifəmdə məlumat verib tənqidi fikirlərimi bildirsəm də, nədənsə bəzi saytlarımız xəbəri çox gec alaraq bu ilin dekabr ayında sensasion hadisə kimi təqdim etdilər. Sanki işə ehtiyacı olan kasıb, gənc bir adama vəzifə verilib.
Ahıl yaşda təqaüdə göndərilməsinə baxmayaraq, Natiq İbrahimov tərəfindən LDU-da yenidən işlə təmin olunanlar silsiləsindən uzun illər Lənkəran şəhərindəki Gimnaziyada direktor müavini olan Rasim İbrahimovun təqaüdə çıxandan sonra universitetdə muzeydə yarımştat elmi işçi və tamştatlı müəllim kimi işə götürülməsi rektorcığazın yarıtmaz fəaliyyətinin bariz nümunəsidir. Bir daha qeyd edim ki, Natiq İbrahimov sıradan işə ehtiyacı olan gənc insanları işlə təmin etmir. Özünə yaxın hesab edib vəzifə verdiyi şəxslərin ailə üzvlərini təqaüdə çıxandan sonra belə işlə təmin edir. Qeyd edim ki, Rasim İbrahimov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimovanın qaynatasıdır. Bundan başqa, 60 yaşı ötməsinə baxmayaraq, illərdir universitetdə işləyib gününü fövtə verməklə keçinib və bu minvalla həmkarları mövzu götürüb illər öncə elmi iş müdafiə etsələr də, özünə heç bir əziyyət verməyən Leyla İbrahimovanın anası Zülfiyyə Ağayevaya rektor LDU-nun Filologiya və ibtidai təhsil fakültəsinə dekan müavini vəzifəsini hədiyyə edib. Dövlət tərəfindən yaş ilə əlaqədar dövlət qulluqçusu kimi yüksək məbləğdə təqaüdə göndərilən, lakin Natiq İbrahimov tərəfindən vəzifə və işlə təmin olunanlar, yarıyanlar silsiləsindən Güloğlan Bağırovun da adını qeyd etmək yerinə düşərdi. Uzun illər Lənkəran şəhər Təhsil Şöbəsində müdir müavini vəzifəsindən dövlət qulluqçusu olaraq yüksək məbləğ ilə təqaüdə göndərilən 70 yaşlı, heç bir elmi dərəcəsi olmayan Güloğlan Bağırovu keçən il - 2023-cü ilin sentyabr ayında LDU-da müəllim kimi işə götürmüş, üstündən 1 ay keçməmiş dərhal daxili əmri ilə "baş müəllim" adını da ona peşkəş etmişdir (Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov attestatları 500 manata satır........ » Tərəf - XOCANIN BLOGU (teref.az)). Halbuki rektor Güloğlan Bağırovla həmkar olan, uzun illər direktor, Lənkəran şəhər Təhsil şöbəsinin müdiri olmuş, təxminən 8 ildir LDU-da tarix fənnindən saathesabı müəllim işləyən Aslan İbrahimovu nəinki baş müəllim, heç tamştatlı müəllim kimi də işlə təmin etmir. Verilən məlumata görə, LDU-da tələbələr möhkəm incidilir, çünki 1 saniyə gecikən tələbəni dərsə buraxmırlar, hətta magistrlərı qayıbla kəsrə salıb kursda saxlayırlar. Kəsrdə oturan tələbə eyni zamanda həm üst qrupda, həm də alt qrupda oturduğu üçün hər 2 jurnalda ona qiymət yazılır. Möhübbət Babayev şəxsi maraqları naminə bir çox həmkəndçilərini LDU-da işlə təmin edib. Təbii ki, Möhübbətdən öncə isə əslən qəbələli olan rektor Natiq İbrahimov Qəbələnin yarısını LDU-ya yerləşdirərək işlə təmin etmişdir. Universitetdə Abid Tahirli qeyri-ixtisası bitirsə də, Azərbaycan dili və ədəbiyyatından dərs deyir, Səadət müəllimə isə ingilis dilini tədris etməsinə baxayaraq, tələbələrlə türk dilində danışır tələbələr isə onu anlamırlar. Arxa-dayağı olmayan yerli müəllimlər Natiq İbrahimov tərəfindən sıxışdırılır, jurnalda xırda bir pozuntuya görəonlara xəbərdarlıq verilmədən şiddətli töhmət verilir. Dosent Vəfa xanımı tələbələr indi bütün dünyada trend olan şokoladla qarşıladıqları üçün Natiq İbrahimov təcili elmi şura çağıraraq Vəfa xanımın kollokviumlarını yenidən tədris işləri üzrə dekan müavini, dosent Müşfiq Bayramov və Rakif İbadova yoxlatdıraraq tələbələrin qiymətini aşağı saldırmışdır. Bu hadisə isə bütün 4-cü kurs tələbələrinin böyük etitaz və hiddətinə səbəb olmuşdur.
LDU-da Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı olan Afaq Qasımovanın keçmiş Müəllimlər İnstitutunun Gəncə filialında çox da uzaq olmayan qaranlıq keçmişini unudan Natiq İbrahimovun onlarla yerli gənc kadrlar qala-qala məhz onu Gəncədən Lənkərana gətirərək dekan təyin etməsinə zərurət nədir? (AMİ-nin Qazax filialının direktoru Afaq Qasımova özünü oliqarxlara oxşadır » Tərəf - XOCANIN BLOGU (teref.az))
Natiq İbrahimovun sərgüştləri təkcə sadaladığım faklarla bitmir. O həmçinin xidməti otağında istirahətinin də qayğısına qalaraq sirr çıxmasın deyə Lənkərana qonşu rayon olan Cəlilabaddan ustalar gətirdərək, hamam və istirahət otağı da tikdirmişdir. Maraqlıdır ki, 8 saatlıq iş rejimi olan elm və təhsil ocağında xidməti otağın arxa hissəsində hamam və istirahət otağının tikdirilməsi nədən xəbər verir və yaxud da hansı məqsədlərə xidmət edir? Adama sual verərlər ki, sən elm və təhsil işçisisən və iş vaxtı universitetdə elm və təhsil işlərindən başqa əlavə olaraq daha nə işlə məşğulsan ki sənə xidməti otaqdakı hamamda çimmək və istirahət etmək zərurəti yaranır?
kriteri.az