Göyçayda bir neçə aydır arı ailələrində səbəbsiz ölümlər müşahidə olunur.
Rayon sakini, sahibkar arıçılığa böyük ziyan dəydiyini qeyd edir.
O bildirib ki, 40 ildən çoxdur ki, arıçılıqla məşğuldur:
"Elan vermişdim ki, 40 arı ailəsi satacağam. Artıq o ailə yoxdur, məhv olub. Bu itkilər nədəndir bilmirəm. Orta hesabla ən azı 10 min ziyan var". - o bildirib.
Göyçay Rayon Arıçılar Assosiasiyasının sədri İsmayıl Xələfov bildirib ki, mütəxəssis həkimlər olmadığı üçün kütləvi yayılan xəstəliklərlə mübarizə çətindir.