Şəfəqə Doğru » Gündəm » İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 23-ə çat;b

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 23-ə çat;b

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 23-ə çat;b

Türkiyənin İstanbul şəhərində son iki gündə saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 23 nəfərə çatıb. Daha 32 xəstə şəhərin tibb müəssisələrində müalicə alır.

Bu barədə şəhər valisinin mətbuat xidməti məlumat yayıb.

"Son 48 saat ərzində saxta spirtli içkidən zəhərlənmə ilə bağlı 66 fakt qeydə alınıb. Zəhərlənənlərdən 23-ü dünyasını dəyişib, 32 nəfərin müalicəsi davam etdirilir", - məlumatda deyilir.

Bundan əlavə, faktla əlaqədar 6 nəfər saxlanılıb. Onlardan ikisi qəsdən adam öldürməyə cəhd ittihamı ilə həbs ediliblər // oxu.az