"Bələdiyyə seçkisinin Azərbaycan ictimaiyyətində xüsusi maraq doğurduğu hiss olunur".
Bunları Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, 685 bələdiyyəyə 8071 nəfər üzv seçilməlidir:
"Adları bülletenə salınan namizədlərin sayı 16 mindən çoxdur. 26 siyasi partiyanın 23-ü bu prosesdə fəal iştirak edir. Qeydə alınan 16 mindən çox namizədin yarıdan çoxu siyasi partiyaların nümayəndələridir. Müşahidəçilərin sayı isə 70 min nəfərə yaxındır".
oxu.az