Şəfəqə Doğru » Gündəm » AZAL-ın Tbilisi-Bakı aviareysi texniki səbəblərdən gecikib

AZAL-ın Tbilisi-Bakı aviareysi texniki səbəblərdən gecikib

AZAL-ın Tbilisi-Bakı aviareysi texniki səbəblərdən gecikib

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Məlumata görə, yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

“Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - məlumatda qeyd olunur.