Şəfəqə Doğru » Gündəm » "Qarabağa silah-sursat Ermənistandan gətirilirdi"-Bako Saakyan

"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi"-Bako Saakyan

"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi"-Bako Saakyan

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib ki Qarabağa silah-sursat Ermənistandan gətirilirdi.


O, işğal altında olan ərazilərdə hərbçilərin maaşının necə verilməsi barədə sualı da cavablandırıb: “Dağlıq Qarabağ”ın “büdcə”sində və “ordusu”nda bizim belə bir xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan “kreditlərə” aidiyyəti yox idi”.

 Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.