Şəfəqə Doğru » Gündəm » Ümit Karan həbs edilib

Ümit Karan həbs edilib

Ümit Karan həbs edilib

“Qalatasaray”ın və Türkiyə milli komandasının sabiq üzvü Ümit Karan həbs olunub.

Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Veteran hücumçu təcavüzdə ittiham olunub.

Məhkəmə Ümid Karan barəsində 1 il 8 ay həbs qərarı çıxarıb. 48 yaşlı sabiq hücumçu “Metris” həbsxanasına göndərilib.

Qeyd edək ki, Ümid Karan 2001-2005 və 2005-2009-cu illərdə “Qalatasaray”ın formasını geyinib. O, Türkiyə yığmasının heyətində 10 oyun keçirib və 1 qol vurub.