78-ci Kann Film Festivalının qalibləri elan olunub.
Festivalın əsas mükafatı – “Qızıl Palma”ya iranlı rejissor Cəfər Pənahinin “It Was Just an Accident” filmi layiq görülüb.
Ən yaxşı rejissor mükafatı “The Secret Agent” filminə görə Kleber Mendonça Filhoya təqdim olunub. Həmin filmdəki roluna görə Vaqner Moura ən yaxşı kişi rolu nominasiyasında qalib olub.
Ən yaxşı aktrisa mükafatı “The Little Sister” filmindəki obrazına görə Nadia Mellitiyə təqdim edilib.
Ən yaxşı qısa film nominasiyasında qalib “I'm Glad You're Dead Now” (rejissor Tavfiq Barhom) olub. Fəxri “Qızıl Palma” isə Robert De Niro və Denzel Vaşinqtona təqdim edilib.
Festivalın münsiflər heyətinə fransız aktrisa Juliette Binoche rəhbərlik edib.