Şəfəqə Doğru » Gündəm » İranda partlayış baş verib - ölü və yaralılar var

İranda partlayış baş verib - ölü və yaralılar var

İranda  partlayış baş verib - ölü və yaralılar var

İranın Natanz şəhəri yaxınlığındakı Xəlidabad poladəritmə zavodunda partlayış baş verib.

Bu barədə İSNA məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölən və yaralananların Əfqanıstan vətəndaşları olduqları bildirilir.

Hadisə karbon qazı balonunun partlaması nəticəsində baş verib.