Şəfəqə Doğru » Manşet » Ermənistanın yeni xarici işlər naziri Armen Qriqoryan kimdir? – “Qərbyönümlüdür, çalışacaq ki...”

Ermənistanın yeni xarici işlər naziri Armen Qriqoryan kimdir? – “Qərbyönümlüdür, çalışacaq ki...”

Ermənistanın yeni xarici işlər naziri Armen Qriqoryan kimdir? – “Qərbyönümlüdür, çalışacaq ki...”
Ermənistanda Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin olunub. Hakim "Vətəndaş Müqaviləsi" partiyasında məhz Qriqoryanın xarici işlər naziri olacağını istisna etməyiblər.

Maraqlıdır, Armen Qriqryanın nazir postuna gətirilməsinin bizim üçün hansı nəticələri olacaq? Yeni nazir Qərbə meyilli olacaq, ya rusiya ilə münasibətlər bərpa ola bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədli Armen Qriqoryanın seçilməsinin Azərbaycan üçün müsbət hal olduğunu deyib:
 
 
"Armen Qriqoryanın xarici işlər nazirinin birinci müavini təyin olunması onunla bağlıdır ki, hələ də Konstitusiya məhkəməsində seçkilərin nəticələri ilə bağlı mübahisə gedir. Bir qədər vaxtdan sonra artıq Armen Qriqoryan xarici işlər naziri kimi rəsmən təsdiq ediləcək. O, Rusiyaya qarşı, Qərbə meyilli biri kimi Nikol Paşinyanın komandasında yer alıb, tanınır. Ermənistanın xarici işlər naziri Armen Qriqoryan olduqdan sonra bu, Ermənistan tarixində ilk olacaq, yəni Rusiyaya antipatiyası olan ilk şəxs olacaq ki, nazir postuna keçəcək.
 
 
Armen Qriqoryan Qarabağ məsələsi ilə bağlı bizimlə münasibətdə olan iki şəxsdən biri olacaq. Bu və ya digər mənada xarici işlər nazirinin Rusiyanın diqtəsi altında olmaması bizim üçün müsbət haldır. Düzdür, Ermənistan Rusiyanın əsarətindən çıxa bilməz, lakin nazirlərin Rusiyanın diqtəsində olmaması onların ikitərəfli münasibətlərinə təsir edə bilər. Yaxşı olardı ki, Armen Qriqoryan üçtərəfli bəyanatların müddəlarına əməl etsin. Bunun müsbət dividentlərini özləri də zamanla görəcək".
 
 
Əzizə Zeynal