Şəfəqə Doğru » Gündəm » Azərbaycana xaricdən pul köçürmələri 14%-dən çox azalıb

Azərbaycana xaricdən pul köçürmələri 14%-dən çox azalıb

Azərbaycana xaricdən pul köçürmələri 14%-dən çox azalıb

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 641.4 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 201.9 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 14.7% və ya 110.1 milyon manat, banklardan xaricə köçürmələr isə 8.3% və ya 18.3 milyon manat azalıb.


Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 751.5 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 220.2 milyon manat təşkil edib.