Şəfəqə Doğru » Gündəm » “Azəriqaz”ın direktoruna 3 yeni müavin göndərilib

“Azəriqaz”ın direktoruna 3 yeni müavin göndərilib

“Azəriqaz”ın direktoruna 3 yeni müavin göndərilib

“Azəriqaz” İB-nin baş direktorun üç yeni müavin təyin  olunub.

Dünən  və bu gün verilən müvafiq əmrlərlə Təbriz Əmmayev, Teymur Vəliyev və Fərid Mustafazadə Baş direktor Azər Məmmədovun yeni müavinləri vəzifəsinə göndəriliblər.

Qeyd edək ki, Fərid Mustafazadə baş direktorun bu əmrə qədər müşaviri işləyirdi.

Məlumata görə, bu təyinatlarla yanaşı, qurumda vəzifəsini itirənlər də var.

***

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsinə təyinat olub.

Bu vəzifə Təbriz Əmmayevə həvalə edilib //mia.az