Şəfəqə Doğru » Gündəm » Dünya milyarderlərinin sərvəti 34 trilyon dollara çatıb

Dünya milyarderlərinin sərvəti 34 trilyon dollara çatıb

Dünya milyarderlərinin sərvəti 34 trilyon dollara çatıb

2015-ci ildən bu yana dünyanın ən varlı 1%-lik təbəqəsinin sərvəti real ifadədə 33,9 trilyon dollara çatıb.

Bu barədə beynəlxalq “Oxfam” təşkilatının yeni hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, şəxsi sərvətin astronomik artımı humanitar yardımların kəskin azaldılması fonunda baş verir.

Belə ki, G7 ölkələri 2026-cı ildə humanitar yardımları 2024-cü illə müqayisədə 28% azaldacaq. Bu isə 1960-cı ildən bəri qeydə alınan ən böyük ixtisar olacaq.