Şəfəqə Doğru » Gündəm » Azərbaycanlılar Gürcüstandan deportasiya edilibler

Azərbaycanlılar Gürcüstandan deportasiya edilibler

Azərbaycanlılar Gürcüstandan deportasiya edilibler

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti və digər aidiyyəti strukturların birgə koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 41 əcnəbi vətəndaş deportasiya olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verib ki, bu barədə məlumatı DİN yayıb.

Nazirliyin açıqlamasına görə, deportasiya olunan şəxslər Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşlarıdır.

Aparılan istintaq zamanı müəyyən edilib ki, saxlanılan əcnəbilər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə hüquqi əsas olmadan qalmağa davam ediblər. Onların bir qismi sığınacaq prosedurundan sui-istifadə edərək illərlə Gürcüstanda qeyri-qanuni yaşayıb.

Nazirliyin məlumatında bildirilib ki, mövcud qanunvericiliyə əsasən, bu şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.