Şəfəqə Doğru » Gündəm » Ulduz futbolçu qəzada həyatını itirdi

Ulduz futbolçu qəzada həyatını itirdi

Ulduz futbolçu qəzada həyatını itirdi

“Liverpul”un ulduz futbolçusu Dioqo Jota avtomobil qəzasında həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

28 yaşlı portuqal oyunçu İspaniyanın Zamora bölgəsində qəzaya uğrayıb. O, hadisə yerində vəfat edib. 

D.Jota avtomobildə tək olmayıb. Onun qardaşı, Portuqaliya klubu “Penafiel”də çıxş edən Andre Silva da avtomobildə olub. 

Yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq alovlanıb. 

Mətbuatın yazdığına görə, Jotanın qardaşı da qəzada həlak olub. 

Qeyd edək ki, Dioqo Jota 2 həftə əvvəl evlənmişdi. Onun 3 övladı var. 

Jota daha çox “Liverpul”dakı çıxışları ilə tanınır. Bu klubla o, İngiltərə çempionu olub, ölkə kubokunu və İngiltərə Liqa kubokunu qazanıb. Dieqo 2020-ci ildən Mersisayd təmsilçisində çıxış edirdi. Portuqaliyalı futbolçu əvvəllər “Vulverhempton”, “Atletiko”, “Portu” və “Paços de Ferreyra” klubunun şərəfini qoruyub.D.Jota Portuqaliya millisininheyətində 49 oyuna çıxıb və 14 qola imza atıb.