Tovuzda qətl hadisəsi baş verib .
“Qafqazinfo” -nun xəbərinə görə, rayonun Əyyublu kəndinin sakini 1973-cü il təvəllüdlü Vasif Qurbanov kəsici alətlə qətlə yetirilib.
Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.