Şəfəqə Doğru » Gündəm » Naxçıvanda istirahət mərkəzində faciə- Platforma aşdı

Naxçıvanda istirahət mərkəzində faciə- Platforma aşdı

Naxçıvanda istirahət mərkəzində faciə- Platforma aşdı

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.

“Nuhçıxan”a istinadən yayılan xəbərdə  bildirilir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Belə ki, ailənin 2 üzvü hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.

Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.