Şəfəqə Doğru » Gündəm » Emin Əmrullayev: “Müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır”

Emin Əmrullayev: “Müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır”

Emin Əmrullayev: “Müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır”

“Biz demirik ki, “Dərsə gedən bir uşaq” şeiri olmasın, biz deyirik ki, oxuyub-anlamanı inkişaf etdirmək lazımdır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, müəllimlər ənənəvi tədris sistemini dəyişməlidir:“10 şeir əzbərləmək təbii ki, vacibdir, bunu bilməliyik. Amma müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır. Oxuyub-anlama mütləq inkişaf etməlidir. Fokusumuzu dəyişməliyik. Sinif otağında müəllim ənənəni davam etdirir. Onu da qınamırıq, çünki həmin müəllimə də o cür öyrədilib. Bu, ən asanıdır”// qafqazinfo