Şəfəqə Doğru » Gündəm » “Sputnik Azərbaycan”ın böyük redaktoru da ev dustaqlığına buraxıldı

“Sputnik Azərbaycan”ın böyük redaktoru da ev dustaqlığına buraxıldı

“Sputnik Azərbaycan”ın böyük redaktoru da ev dustaqlığına buraxıldı

“Sputnik Azərbaycan”ın böyük redaktoru Yevgeni Belousov həbsdən azad edilib.

Bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən Yevgeni Belusov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib. “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və böyük redaktoru Yevgeni Belousov  həbs edilib. Bu ayın əvvəli icraçı direktor da həbsdən buraxılmışdı.