Şəfəqə Doğru » Gündəm » Həbsdə olan sabiq MSK üzvü Məzahir Pənahovun da Ramiz Mehdiyevə “ata” deyə xitab etməsinin şahidi olub

Həbsdə olan sabiq MSK üzvü Məzahir Pənahovun da Ramiz Mehdiyevə “ata” deyə xitab etməsinin şahidi olub

Həbsdə olan sabiq  MSK üzvü  Məzahir Pənahovun da Ramiz Mehdiyevə “ata” deyə xitab etməsinin şahidi olub

Hazırda həbsdə olan sabiq  MSK üzvü Akif Qurbanov sosial media hesabında cinayət məsuliyyətinə cəlb olunan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında gəzən söz-söhbətlərdən yazıb.


Gununsesi.info-nun xəbərinə görə, Akif Qurbanov MSK sədri Məzahir Pənahovun da Ramiz Mehdiyevə “ata” deyə xitab etməsinin şahidi olub.

“Ata” söhbəti Ramiz Mehdiyevlə bağlı bir xatirəmi yada saldı. İstədim, sizinlə də bölüşüm.

Ramiz Mehdiyevə “ata” deyilməsinə bir dəfə də mən şahid olmuşam. 2011-ci ilin fevralında.

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) 18 üzvünü yenidən təsdiq etmişdi.

İlk iclasa Ramiz Mehdiyev gəlmişdi.

“Akademik” çıxış etdi.

Hamınızın bildiyi şeylərdən danışdı. Sonda dedi ki, İlham Əliyevin Məzahir Pənahova etimadı davam edir və onun MSK sədri vəzifəsində qalmasını təklif edir .

 Məzahir Pənahov yenidən sədr seçiləndən sonra iclası o davam etdirdi.

Prezidentin yüksək etimadından, diqqət və qayğısından başlayıb keçdi Ramiz Mehdiyevi tərifləməyə. Sonda təxminən bunları dedi: “Prezidentlə yanaşı, onun administrasiyasının rəhbəri kimi biz həmişə sizin də diqqət və dəstəyinizi, himayənizi hiss etmişik. Həmişə sizi özümüzə bir ağsaqqal və ata kimi qəbul etmişik. Sizin dərin bilik və təcrübənizi özümüzə örnək bilib sizdən çox şey öyrənməyə çalışmışıq. Necə ki, atalar, valideynlər öz övladlarının səhvini, nöqsanını görür, amma onları bağışlayır, onlara doğru yol göstərir, inanırıq ki, siz də bizim nə səhvimiz, nöqsanımız varsa, bir ata kimi onları övladlarınızın səhvi kimi qəbul edərək bağışlayacaq, bizə doğru yol göstərəcəksiniz”.