Şəfəqə Doğru » Gündəm » Vəkil hoteldə ölmüş vəziyyətdə tapılıb- Yevlaxda intihar

Vəkil hoteldə ölmüş vəziyyətdə tapılıb- Yevlaxda intihar

Vəkil hoteldə ölmüş vəziyyətdə tapılıb- Yevlaxda intihar

Yevlax rayonunda hotellərin birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”-nun xəbərinə görə, noyabrın 4-ü saat 21 radələrində Yevlax şəhəri ərazisində yerləşən “Həmdəm” hotelindəki otaqda orada qalan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.

Onun dərman həbləri içərək öldüyü məlum olub.

Qeyd edilir ki, 37 yaşlı Elkin Kərimli vəkil olub. O, Xətai rayonunda yerləşən “Fortiori” vəkil bürosunun üzvü imiş.

Faktla bağlı araşdırma aparılır.