İstanbul Cümhuriyyət Baş Prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahunun da daxil olduğu 37 nəfər barədə “soyqırım” ittihamı ilə həbs qərarı verib.
Bu barədə TRT kanalına istinadən xəbər verilib.
Məlumata görə, qərar Qəzza zolağında həyata keçirilən hücumlar nəticəsində çoxsaylı mülki şəxsin, xüsusilə qadın və uşaqların həlak olması ilə bağlı aparılan istintaq çərçivəsində qəbul edilib.
Prokurorluq sözügedən şəxslərin beynəlxalq hüquqa əsasən “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər” törətdiyini iddia edir.
Hazırda Türkiyə tərəfindən beynəlxalq axtarış və hüquqi prosedurların başladılması istiqamətində addımlar atılır.
