Şəfəqə Doğru » Gündəm » "Ölkədə olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi və təhlükəsizlik sistemidir”

"Ölkədə olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi və təhlükəsizlik sistemidir”

"Ölkədə olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi və təhlükəsizlik sistemidir”

“Demək olar ki, hər gün Azərbaycanda beynəlxalq tədbir keçirilir. Bu, ölkədə olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi və təhlükəsizlik sistemidir”. “Qafqazinfo” xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib. “Prezident 5 il ərzində 569 dəfə işğaldan azad olunan ərazilərə səfər edib, 170 layihənin təmələni qoyub, 167 obyektin açılışında iştirak edib. 62 mindən çox insan həmin regionlarda yaşayır. 19 məktəb tikilib, 7 məktəbəqədər müəssisə, 1 xəstəxana istifadəyə verilib. Yollar, körpülər barədə kifayət qədər məlumat var. Prezidentin sərəncamı oldu, regionların strukturlarının təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verdi ki, qısa müddətdə strukturların təkmilləşdirilməsi və yeni struktur layihəsi təqdim olunsun. Hesab edirik ki, burada bələdiyyələrin də rolu öz əksini tapacaq. Bir Xocavənd rayonunu çıxmaq şərtilə, qalanlarının hamısı özü büdcəsini təmin edir. Regionlardan danışanda rəqəmlərə fikir vermək lazımdır. Rayonlar arasında sağlam rəqabət gedir”, - deputat qeyd edib.