Tailandda “Kainat gözəli 2025” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.
25 yaşlı meksikalı Fatima Boş Fernandes qalib seçilib.
Bununla da, o, “Kainat gözəli” seçilmiş dördüncü Meksika təmsilçisi olub.
İkinci yeri Tailand təmsilçisi Vina Pavina Sinqə tutub. Üçüncü yerə isə Venesueladan olan iştirakçı Stefani Adriana Abasali Nasser layiq görülüb.
Qeyd edək ki, “Kainat gözəli” bu il də qalmaqalsız ötüşməyib. Belə ki, daha əvvəl müsabiqənin Tailanddan olan təşkilatçısı meneceri ilə məsləhətləşmədən sosial şəbəkələrdə reklam kontenti paylaşmağı rədd etdiyinə görə Fatima Boşu “axmaq” adlandırmışdı. Bu isə bir çox iştirakçının etirazına səbəb olmuşdu.
Bildirilir ki, bundan başqa, yarışmanın finalı ərəfəsində hakimlərin ədalətsizliyi səbəbindən yaranmış qalmaqal fonunda münsiflər heyətinin 8 üzvündən 3-ü istefa vermişdi.
qafqazinfo
