Türkiyədə tanınmış televiziya aparıcıları Ela Rumeysa Cebeci, Məltəm Acet və Handə Sarıoğlu jandarma qrupları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar.
Axar.az -ın xəbərinə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, teleaparıcılar İstanbulda həyata keçirilən narkotik əməliyyatı çərçivəsində nəzarət altına alınıblar.
İstintaqın detalları ilə bağlı hələlik açıqlama verilmir.
Əməliyyat çərçivəsində digər tanınmış simaların da saxlanıldığı qeyd edilib.
