Şəfəqə Doğru » Gündəm » Ağstafada Beynəlxalq Könüllülər Günü qeyd olunub

Ağstafada Beynəlxalq Könüllülər Günü qeyd olunub

Ağstafada Beynəlxalq Könüllülər Günü qeyd olunub

Ağstafa şəhərində yerləşən “Şuşa” restoranında təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və Rayon İcra Hakimiyyətində növbəti könüllülük təlimlərini müvəffəqiyyətlə başa vuran gənclər iştirak ediblər.

Globalinfo.az-ın xəbərinə görə, RİH başçısı diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Belə ki, Ulu Öndərin gənclərlə bağlı yürütdüyü uğurlu dövlət siyasəti gənc nəsli ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakçısına çevirdi, gənclərin mənəvi-ideoloji cəhətdən yetkinləşməsini, faydalı məşğulluğunun təmin olunmasını, habelə könüllülük hərəkatının formalaşmasını təmin etdi. Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri daha geniş vüsət almaqdadır.

RİH başçısı növbəti təlimləri uğurla başa vuran daha 17 nəfər gəncə Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Sertifikatlarını təqdim edib.


Tədbirdə çıxış edən könüllülər, Quliyeva Aytəkin Elçin qızı və Əliyev Turxan Müseyib oğlu peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq məqsədi ilə dövlət orqanlarında və cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına yaradılan yüksək şərait üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.