Şəfəqə Doğru » Gündəm » Avropalı diplomatlar təcili iclasa çağırıldılar

Avropalı diplomatlar təcili iclasa çağırıldılar

Avropalı diplomatlar təcili iclasa çağırıldılar

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərindən tariflər tətbiq etmək vədindən sonra Avropa İttifaqı (Aİ) təcili iclas çağırır.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

“Aİ diplomatlarının sözlərinə görə, görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00 – red.) başlayacaq. 27 ölkədən səfirlər bir araya gələcəklər”, – deyə bildirilib.


Qeyd edək ki, Donald Tramp 17 yanvarda “TruthSocial” sosial şəbəkəsində paylaşım edərək 1 fevrala qədər Qrenlandiyanın ilhaqına qarşı çıxan Avropa ölkələrinə 10% tarif tətbiq edəcəyinə  söz verib.

Bu ölkələrə Danimarka, Birləşmiş Krallıq, Hollandiya, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveç daxildir// globalinfo.az