Şəfəqə Doğru » Gündəm » Sabunçuda polis əməliyyat keçirdi- 10 kiloqrama yaxın marixuana aşkarlanıb

Sabunçuda polis əməliyyat keçirdi- 10 kiloqrama yaxın marixuana aşkarlanıb

Sabunçuda polis əməliyyat keçirdi- 10 kiloqrama yaxın marixuana aşkarlanıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb.                                                                   

Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir // apa